Klinika reklamları Meta-da adi bizneslərdən daha sərt yoxlanılır. Rədd cavabı adətən eyni bir neçə səbəbdən gəlir və onları qabaqcadan bilmək təsdiq gözləməklə keçən günləri saxlayır.
Ən çox rədd edilən: əvvəl/sonra şəkilləri
Diş, estetika və plastik sahədə ən çox işlədilən vizual budur — və platformalarda ən problemlisi. Meta «gözlənilən nəticəni göstərən» müqayisəli görüntülərə məhdudiyyət qoyur.
Əvəzinə işləyən variantlar: prosesin özü, klinikanın içi, həkimin izahı, avadanlıq, komanda.
Şəxsi xüsusiyyətə işarə edən mətn
Reklam mətni oxuyan adamın öz sağlamlıq vəziyyətini göstərməməlidir. Fərq incədir, amma qayda budur:
- ✗ «Dişləriniz sarıdırsa…», «Saç tökülmənizdən narahatsınız?»
- ✓ «Ağartma xidməti», «Saç sağlamlığı üzrə konsultasiya»
Birinci variant adamı öz problemi ilə eyniləşdirir, ikinci sadəcə xidməti təqdim edir.
Hədəfləmə məhdudiyyəti
Sağlamlıqla bağlı maraq kateqoriyaları ilə hədəfləmə məhduddur. Yəni «diş problemi olanlar» kimi auditoriya qurmaq olmur. İşləyən yol: coğrafi və demoqrafik hədəfləmə + ümumi maraqlar.
Bu, ilk baxışda zəif görünür, amma praktikada şəhər + yaş + düzgün mesaj çox vaxt daha yaxşı nəticə verir.
İddialı vədlər
«100% nəticə», «ağrısız zəmanət», «bir gündə» — bunlar həm rədd səbəbidir, həm də hüquqi risk. Tibbi nəticə vəd etmək olmaz.
Rədd cavabı gələndə
Panik lazım deyil: rədd cavabı hesaba dərhal zərər vermir. Amma təkrar təkrar rədd hesabın etibarını aşağı salır və nə vaxtsa bloklanmaya gətirir. Ona görə materialı göndərməzdən əvvəl yoxlamaq daha ucuzdur.
Rədd olunanda: mətni və vizualı qaydaya uyğunlaşdırıb yenidən göndərmək, lazım gələrsə baxışa etiraz etmək.
Hesab kimin adına olmalıdır
Reklam kabineti klinikanın öz adına qurulmalıdır. Agentliyin hesabından verilən reklamda: xərc şəffaf olmur, auditoriya məlumatı agentlikdə qalır, ayrılanda hər şey sıfırdan başlayır.
Biz kabineti həmişə klinikanın adına qururuq və ödəniş birbaşa Meta-ya gedir — bizim xidmət haqqımız ayrıdır.